Güləşçilərimiz Batumidən 5 medalla qayıdıblar

Güləşçilərimiz Batumidən 5 medalla qayıdıblar

Gürcüstan Respublikasının Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə məşqçilər Zöhrab Abbasov və Turac Hüseynovun rəhbərliyi altında iştirak edən yığmamızın üzvləri 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

55 kq çəkidə mübarizə aparan Təbriz Yusifzadə bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Mikayıl Rəhmanov (60 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza Murad Allahverdiyev (66 kq) qazandırıb.

Komanda hesabında yığmamız üçüncü pillədə qərarlaşıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Ceyhun Salmanov təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə