“Çelsi” çempion oldu

İngiltərə Premyer Liqasının XXXV turunda çempionatın qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, "Çelsi" sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Komanda XXXV turda "Kristal Pelas"la qarşılaşıb və Eden Azarın 45-ci dəqiqədə vurduğu qol sayəsində qələbə qazanıb (1:0).

Bu qələbədən sonra "Çelsi" turnir cədvəlində "Mançester Siti" və "Arsenal" ilə xal fərqini 16-ya çatdırıb və 5-ci dəfə İngiltərə çempionu olub.

Turun dünən keçirilən digər oyununda isə "Mançester Siti" "Tottenhem" üzərində minimal hesabla qələbə qazanıb - 0:1

3 may

İngiltərə Premyer Liqası

XXXV tur

"Çelsi" - "Kristal Palas" 1:0
Qol: Eden Hazard, 45 (1:0)

"Tottenhem" - "Mançester Siti" 0:1
Qol: Serxio Aquero, 29 (0:1)

2 may

"Lester" - "Nyukasl" 3:0
Qollar: Ulloa, 1 (1:0), Morqan, 17 (2:0), Ulloa, 48-pen (3:0)
Qırmızı vərəqələr: Vilyamson, 62, Janmaat, 90+1 (hər ikisi "Nyukasl"

"Aston Villa" - "Everton" 3:2
Qollar: Benteke, 10, 45 (2:0), Lukaku, 59 (2:1), Kleverli, 64 (3:1), Yaqelka, 90+2 (3:2)

"Liverpul" - QPR 2:1
Qollar: Koutinyo, 19 (1:0), Fer, 73 (1:1), Cerard, 87 (2:1)
Qırmızı vərəqə: Onuoha, 82 (QPR)

"Sanderlend" - "Sauthempton" 2:1
Qollar: Qomez, 21-pen (1:0), Mane, 22 (1:1), Qomez, 55-pen (2:1)
Qırmızı vərəqə: Uard-Praus, 54 ("Sauthempton")

"Suonsi" - "Stok Siti" 2:0
Qollar: Montero, 76 (1:0), Ki Sunq-Yonq, 90+2 (2:0)
Qırmızı vərəqə: Uilson, 84 ("Stok Siti")

"Vest Hem" - "Börnli" 1:0
Qol: Noble, 24-pen (1:0)
Qırmızı vərəqə: Daff, 23 ("Börnli")

"Mançester Yunayted" - "Vest Bromviç" 0:1
Qol: Olson, 63 (0:1)

Bütün xəbərlər Facebook səhifəmizdə