Bakı 2015 alovunun səyahəti davam edir. Məşəlin növbəti dayanacağı Salyan olacaq. SİA-nın məlumatına görə, bu gün saat 12:00-da Salyanda məşəl estafeti olacaq. 1 saat sonra Heydər Əliyev parkında qarşılama mərasimi təşkil olunacaq. Tədbir saat 13:30-da yekunlaşacaq.
Salyandan sonra məşəl estafeti qara kürünün və nərə balığının məskəni sayılan Neftçalada davam edəcək. Saat 16:00-da bu torpağa qədəm qoyacaq məşəlin qarşılanma mərasimi saat 17:00-da Bayraq meydanında baş tutacaq. 17:30-da tədbir yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB