Bədii gimnastika üzrə XXXI Avropa çempionatının bugünkü, yəni üçüncü gününün səhər proqramında Belarusun yuniorka yığması beş topla qrup hərəkətlərində Avropa çempionu olub. BELTA xəbər verir ki, qrup hərəkətlərinin finalında səkkiz komanda çıxış edib. Onların sırasında ən yaxşı çıxışı beloruslular göstərib. Hakimlər ev sahiblərinə ən yüksək balı (16,733) veriblər. Qitə birinciliyinin gümüş mükafatı rusiyalılara (16,600), bürünc mükafatı isə bolqarlara (16,166) qismət olub.
Bu gün həm də çempionatın qadınlar arasında müxtəlif hərəkətlər üzrə final mərhələsidir. Əvvəlcə halqa və top, sonra gürz və lent ilə hərəkətlərin medalçıları müəyyən ediləcək.
Finalda gürz ilə hərəkət edənlər sırasında təmsilçimiz Marina Durunda da var.
Bu gün çempionatın bağlanış mərasimi də keçiriləcək. Bədii gimnastika üzrə XXXI Avropa çempionatının yekununda "Dünya gimnastikası ulduzlarının şousu" adlı qala-tamaşa olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB