Bakıda velosiped yürüşü keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə
Bakıda velosiped yürüşü keçirilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 3-də "İrəli" İctimai Birliyinin, Ədliyyə Nazirliyinin və Azərbaycan Velosiped İdman Federasiyasının birgə təşkilatçılığı ilə həvəskarlar arasında velosiped yürüşü keçirilib.

Veloyürüşün məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, onların asudə vaxtının səmərəli təşkili, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin onlara çatdırılmasıdır.

Yüzdən artıq peşəkar və həvəskar velosipedçinin iştirak etdiyi yürüş Dövlət Bayrağı Meydanından start götürüb və Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə