“Neftçi” klubu “Stadium tour” layihəsinə start verib

“Neftçi” klubu “Stadium tour” layihəsinə start verib

"Neftçi" futbol klubunun Müşahidə Şurasının ilk iclasında qəbul olunmuş "Stadium tour" layihəsinə start verilib. Layihənin ilk qonaqları klubun 16 yaşadək qızlardan ibarət komandasının üzvləri olub.

Futbolçular müəyyən olunmuş marşruta əsasən "Bakcell Arena" stadionunun ərazisini gəzib, media mərkəzi, mətbuat zalı və paltardəyişmə otağında olublar.

Sonra "Neftçi"nin Müşahidə Şurasının üzvləri, veteran futbolçular – Mübariz Zeynalov, Səməd Qurbanov, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və digərləri futbolçularla görüşüblər. Rəsmilər qızlardan ibarət ilk komandanın üzvlərinə tövsiyələrini verib, karyeralarında uğurlar arzulayıblar.

Daha sonra "Stadium tour" meydançada gəzinti ilə davam edib. Qonaqlara "Neftçi"nin rəmzi olan hədiyyələr - forma və şərf təqdim olunub. Mərkəzi "Skybox"ları gəzən futbolçulara stadionun "catering" bölməsi göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə