Bir gün əvvəl "Minsk-Arena"da bədii gimnastika üzrə XXXI Avropa-2015 Çempionatının birinci gününün yarış proqramı başa çatıb. İki hərəkətdən sonra yaşlı idmançılar arasında komanda yarışlarında (halqa və top ilə) liderliyi Rusiya yığması ələ keçirib.
Komanda yarışlarda ikinci yeri Belarus təmsilçiləri tuturlar. İsrail idmançıları da komanda birinciliyinin ilk hərəkətlərindən sonra üçlükdə yer alıblar. Azərbaycan gimnastları hələlik yeddinci (66,574) yerdədirlər.
Mayın 2-də gimnastlar gürz və lentlə kompozisiyaları təqdim edəndən sonra proqramın bu növünün qalibləri və mükafatçıları müəyyən olunacaq.
Birinci günün yekunlarına görə halqa və topla şəxsi birinciliklərin finalçıları da müəyyənləşib. Ayrı-ayrı hərəkətlərdə medallar uğrunda yarışlar mayın 3-də olacaq, mayın 2-də isə gürz və lent ilə hərəkətlərdə finalçıların adları bilinəcək.
Çempionatın birinci dəst mükafatı mayın 2-də çoxnövçülükdə yarışan qrup komandaları arasında oynanılacaq. Komandalar beş topla kompozisiya təqdim edəcəklər.
Beləliklə, yarışların ilk günündən sonra 16,616 xalla Rusiya komandası irəlidədir. İkinci yeri İsrail komandası (16,266), üçüncü yeri isə çempionatın ev sahibləri – Belarus gimnastları tuturlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB