Aprelin 26-da Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyevin Bakıda, qədim Atəşgah məbədindən Birinci Avropa Oyunları üçün götürdüyü alov Naxçıvan şəhəri, Lənkəran və Lerik rayonlarından sonra mayın 1-də Astara rayonuna gətirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, Azərbaycanın idman şöhrətinin artırılmasına astaralı idmançılar da həmişə layiqli töhfələr veriblər. 1952-ci il Helsinki Olimpiadasının iştirakçısı Xandadaş Mədətov, ikiqat Avropa çempionu Aslan Ağayev, indi onların davamçıları olan ikiqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, 2012-ci London Olimpiadasına iştirakçısı Cəbrayıl Həsənov, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Sona Əhmədli və başqaları mötəbər yarışlarda Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırıblar.
Son illər Astaranın idman həyatı bir sıra idman tədbirləri ilə zəngin olub. Təkcə 2014-cü ildə sərbəst güləş, boks, həndbol, voleybol, atletika idman növləri üzrə respublika, zona birincilikləri və çempionatları Olimpiya İdman Kompleksində və Boks Mərkəzində yüksək səviyyədə təşkil edilərək keçirilib.
Mayın 1-də Məşəl Dövlət Bayrağı Meydanından start götürüb. Arif Qeybiyev, Bəsirə Əliyeva, Ülvin Qəmbərov, Anar Qulamov, Aytac Tağızadə, Qəhrəman Əhmədov, Mərziyə Məmmədova, İlham Sadıqzadə, Məhərrəm Ağayev və Fikrət Qafarov ümumilikdə, 3,3 kilometr məsafəni qət edərək ictimaiyyətin müşayiəti ilə Heydər Əliyev prospektindən keçməklə dəniz sahilində salınmış park-bulvarın ərazisinə daxil olmuş, Məşəli Fontan meydanına çatdırıblar.
Fontan meydanında minlərlə insanın alqışları altında İlk Avropa Oyunlarının Məşəli kross qaçışı üzrə Azərbaycan rekordçusu, 16 dəfə Azərbaycan çempionu, 3 dünya, 3 Avropa çempionatının iştirakçısı və mükafatçısı Fikrət Qafarov tərəfindən yandırılıb.
Olduqca xoş və qürurverici olan bu anlar uzun müddət astaralıların yaddaşından silinməyəcək.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB