Atletika üzrə rayon turniri keçirilib

Atletika üzrə rayon turniri keçirilib

"Bakı 2015" Avropa Oyunlarına dəstək məqsədi ilə oğlanlar və qızlar arasında Atletika üzrə rayon turniri keçirilib. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, Ağcabədi rayon Gənclər və idman idarəsi "Bakı 2015" Avropa Oyunlarına dəstək məqsədi ilə Tədbirlər Planı işləyib hazırlayaraq silsilə tədbirləri həyata keçirir. Tədbirlər Planına əsasən şəhər Mərkəzi Stadionunda oğlanlar və qızlar arasında Atletika üzrə rayon turniri keçirilib. Gənclərin iştirak etdiyi yarışda I, II və III yerləri tutan idmançılara rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub .

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə