Cənubi Sudandan olan güləşçi "Bakı-2015"də Norveçi təmsil edəcək

Cənubi Sudandan olan güləşçi "Bakı-2015"də Norveçi təmsil edəcək

Norveç Olimpiya Komitəsinin rəsmiləri güləşçi Qreys Bullenə "Bakı-2015"də iştirak etmək üçün dəvət göndəriblər. SİA-nın məlumatına görə, adıçəkilən idmançı 2014-cü ildə gənclər arasında Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb.18 yaşlı güləşçi 2001-ci ildə 4 yaşında olarkən ailəsi ilə birlikdə Cənubi Sudandan məcburi şəkildə köçmək məcburiyyətində qalıb. Hazırda Bullen və ailəsi Norveçdə yaşayırlar. Bu idmançı müharibənin çətin anlarını yaşayıb və köçkün həyatı sürməyə məcur edilib. Bütün bu çətinliklərdən keçən güləşçi qarşısına çıxan imkanlardan yararlanmağa və qalib olmağa çalışıdığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə