"Bakı-2015" I Avropa Oyunlarına hazırlığın son mərhələsində olan karate üzrə qadınlardan ibarət milli komandamız İstanbula 28-ci "Bosphorus Open" beynəlxalq turnirinə yollanıb. SİA-nın məlumatına görə, müxtəlif yaş qurupları arasında təşkil olunan yarış mayın 1-dən 3-dək keçirilir.
Azərbaycan yığmasından böyüklərdən 5 nəfər kumite, 2 nəfər kata, 2 nəfər isə 16-17 və 18-21 yaşlılar arasında yarışlara qatılacaq.
Kumitedə 16-18 yaşlı seçmə komandanın üzvlərindən Ülvi Qurbanov (-60 kq), 18-21 yaşlılardan Sərxan Quluzadə (+84 kq), böyüklərdən Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Aytən Səmədli (+68 kq) döyüşəcək. Kata yarışlarına isə Tural Balcanlı ilə Ədilə Qurbanova qatılacaq.
16-18 yaşlı gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Şahin Xudaverdiyevə məşqçi Denis Morozov kömək edəcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə İstanbula yola düşən idmançılarımız mayın 4-də Bakıya qayıdacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB