"Bakı-2015"də Rusiyanı təmsil edəcək 4 idmançının adı açıqlanıb FOTOLAR

"Bakı-2015"də Rusiyanı təmsil edəcək 4 idmançının adı açıqlanıb FOTOLAR

Rusiyanın Batut Üstündə Tullanma Federasiyası Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək komandanın tərkibini müəyyən edib. SİA-nın məlumatına görə, Oyunlarda adıçəkilən ölkənin yığmasında batut üstündə tullanmada Rusiya, Avropa və dünya çempionu Mixail Melnik, London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Rusiyanın əməkdar idman ustası Dmitri Uşakov, batut üstündə sinxron tullanmada Avropa çempionu Yana Pavlova və batut üstündə tullanmada Rusiya çempionatının gümüş mükafatçısı Anna Kornetskaya çıxış edəcəklər. Onlar fərdi və sinxron tullanmalarda iştirak edəcəklər. //AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə