Sərbəst və yunan-Roma güləşi üzrə 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.
Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələdə aprelin 25-dən mayın 8-dək AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə region birinciliyi uğrunda yarışlar keçirilir.
25-26 aprel tarixlərində AGF-nin 3, 5 və 6 saylı nümayəndəliklərdə seçim yarışları keçirilib. 2 və 4 saylı nümayəndəliklərdə seçim yarışları mayın 1-2-də, 7 saylı nümayəndəlikdə isə mayın 2-3-də baş tutacaq. Bakı və ətraf qəsəbələri əhatə edən 1 saylı nümayəndəliyin seçim yarışı isə 5-8 may tarixlərində Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq.
İkinci mərhələdə isə, regionlararası seçim yarışlarının nəticələrinə əsasən mayın 19-21-də yeniyetmələrin Azərbaycan çempionatı keçiriləcək. Final yarışlarında ilk üç yeri tutan idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək, yığma komandanın heyətinə cəlb olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB