"Bakı-2015" ilk Avropa Oyunlarında iştirakı planlaşdırılan ölkəmizin qadın velosipedçilərdən ibarət yığma komandasının üzvü Yelena Pavluxina məsul yarışa hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, bu ilin fevralından etibarən Sloveniyanın şosse velosipedi üzrə "Lyublyana" komandasının heyətində çıxış etməyə başlayan idmançımız bu komandada ilk uğurunu qazanıb. O, Sloveniyada təşkil edilən "Šenčurja" Qran-Prisinin qalibi olub.
Kriterium xarakterli yarışda iştirakçılar 1,3 km-dən ibarət marşrut boyunca 21 dövrə vurublar. Hər 3 dövrədən sonra ara finişinin qeydə alındığı Qran-Pridə Yelena Pavluxina bütün rəqiblərindən daha yaxşı çıxış edib və yarışın qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB