Portuqaliyada keçirilmiş AGN Kubokunda bədii gimnastika üzrə yarışan fransalı idmançı Astrid Rabet 4-cü yerə çıxıb. SİA-nın məlumatına görə, mayın 11-də 16 yaşı olacaq Rabet Portuqaliyann Maya şəhərində keçirilmiş beynəlxalq turnirdə dördüncü yer uğrunda çoxnövçülük yarışında portuqaliyalı Mariya Kanihas ilə eyni xal toplayıb (54.750).
Kanadalı Katerina Uçida (57.250) və Dana Tors (56.950) yarışı portuqaliyalı Rafela Valentadan (55.80) öndə başa vurub.
Rabet ən üstün çıxışını halqalarda göstərərək, 14.750 xal qazanıb. Bu, üçüncü yer uğrunda heç-heçə üçün yaxşı xaldır.
Rabet Fransanın "Bakı-2015" I Avropa Oyunlarında bədii gimnastika üzrə yarışacaq ən yaxşı idmançısıdır. Qrup yarışları üçün altı yer nəzərdə tutulub.
"Bakı-2015" I Avropa Oyunlarında iştirak edəcək digər idmançı israilli Stefani İvanzov AGN Kubokunda gürzlərlə hərəkətə görə doqquzuncu yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB