"Bakı-2015"də yarışacaq idmançı 7-ci oldu

"Bakı-2015"də yarışacaq idmançı 7-ci oldu

Britaniyalı idmançı Helen Cenkins idmana qayıdışını Keyp Taunda keçirilmiş triatlon yarışını 7-ci yerdə başa vurmaqla qeyd edib. İTU üzrə ikiqat dünya və ikiqat Olimpiya çempionu H. Cenkins Cənubi Afrikada Dünya Triatlon Seriyasında yarışmazdan əvvəl doqquz ay yarışlardan kənar qalıb. Qadınlar arasında keçirilmiş yarışı həmyerlisi Viki Holland Cenkinsdən 19 saniyə əvvəl, yəni 1 saat 49 dəqiqə 51 saniyəyə başa vurub.

Cenkins "Tvitter"də bunları yazıb: "Bu gün yenidən yarışa qatıldığıma görə çox məmnunam! Həqiqətən də geri qayıdana kimi, nə qədər darıxdığını insan təsəvvür edə bilmir".

31 yaşlı idmançı əvvəllər daban fasiti, sonralar isə ayaq problemindən əziyyət çəkmişdi. O, həm də dörd həftə ərzində qrip və kürək problemi səbəbindən də narahatlıq keçirmişdi.

Cenkins "Bakı 2015"də yarışmaq üçün Britaniyanın Olimpiya rəsmiləri tərəfindən seçilib.

Amerika Birləşmiş Ştatlarından olan Keyti Zaferes Keyp Taundakı yarışı ikinci yerdə başa vurub. O, turniri Hollanddan bir saniyə gec tamamlayıb. Üçüncü yerə isveçrəli Nikola Spiriq layiq görülüb.

olland "Bakı-2015" üçün Britaniyanın triatlon komandasına hələ daxil edilməyib. Digər tərəfdən İsveçrənin triatlon komandasının siyahısı da açıqlanmayıb.

İspaniyanın üçqat Olimpiya çempionu Ainoa Muruanın "Bakı-2015" üçün namizədliyi irəli sürülüb. O, Keyp Taunda yarışı 12-ci yerdə başa vurub. Azərbaycana gəlmək üçün seçilmiş İspaniya çempionu Miriam Kasilas isə yarışda 30-cu yerdə qərarlaşıb.

Kişilər arasında keçirilmiş yarışda Böyük Britaniyanın London Olimpiya çempionu Alister Braunli triatlon üzrə 18-ci qələbəsini qeyd edib. Mövsümün ilk yarışında Braunli görüşü 1 saat 39 dəqiqə 19 saniyəyə başa vurub. Ondan sonra ikinci yeri ispaniyalı Xavier Qomez Noya, üçüncü yeri isə fransalı Vinsent Lui qazanıb.

U-23 üzrə İspaniyanın ikiqat dünya çempionu Fernando Alarza Qomez Noyadan fərqli olaraq, Keyp Taunda beşinci yeri tutduğu üçün "Bakı-2015"də yarışmaq hüququ əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə