Tahir Kərimli: “27 ay ərzində hazırlığın başa çatması rekorddur” AÇIQLAMA

Tahir Kərimli: “27 ay ərzində hazırlığın başa çatması rekorddur” AÇIQLAMA

"Azərbaycanın I Avropa Oyunlarına 27 ay ərzində mükəmməl hazırlığı rekorddur". Bu sözləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, Avropa Olimpiya Komitəsinin prezidenti də I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini böyük uğur kimi qeyd edərək ölkələri bunu siyasiləşdirməməyə cağırır: "Qərbin 49 ölkəsinin Olimpiya Komitəsi Azərbaycanda I Avropa Oyunlarında iştirak etmək qərarını verib. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti də bunu rahat şəkildə dəstəkləyir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini də məşəlin yandırılması prosesində bunu Azərbaycanın böyük uğuru kimi qeyd etdi və dedi ki, 27 ay ərzində hazırlığın belə başa çatması əslində rekorddur. Bəzi dairələr gözdənsalma kampaniyası aparsalar da, bu səmərəsiz olacaq. Ona görə ki, artıq prinsipial razılıq var, bu dövlətlərin iştirakı lisenziya xarakterli olacaq. Yəni Olimpiya Oyunlarına lisenziya qazanılacaq. 20 idman növü üzrə 6 mindən çox idmançı iştirak edəcək. 700-dən yuxarı azərbaycanlı jurnalist iştirak edəcək, onlar Azərbaycan mədəniyyətini dünyaya çatdıracaqlar. Belə halda insan hüquqlarını əlində dəyənək edib Azərbaycanda I Avropa Oyunlarının dəyərini gözdən salmaq imkansızdır. Biz bilirik ki, Olimpiya çempionlarının, dünya və Avropa çempionlarının gəlməsi artıq bir cavabdır. Hətta Avropa, Olimpiya Komitəsinin sədri özü birbaşa bəyanat verərək həmin ölkələri bu məsələni siyasiləşdirməməyə çağırıb".

Bütün xəbərlər Facebook səhifəmizdə