Sərbəst güləşçilərimiz Avropa Oyunlarına hazırlığı Göygöldə davam etdirir
Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız "Bakı-2015" I Avropa Oyunlarına hazırlığı Göygöl Olimpiya İdman Kompleksində davam etdirir. SİA-nın məlumatına görə, yığma komandanın baş məşqçisi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında keçirilən təlim-məşq toplanışında, həmçinin gənclərdən ibarət yığma komandamız da iştirak edir. 30-a yaxın güləşçinin qatıldığı təlim-məşq toplanışı aprelin 22-dən başlayıb və mayın 6-dək davam edəcək.
Qeyd edək ki, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarında güləş yarışları iyunun 13-dən 18-dək Heydər Əliyev adına İdman Sarayında baş tutacaq. Hər üç güləş növü üzrə keçiriləcək yarışlarda ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB