16 yaşlı futbolçu "Real"da debüt edə bilər

16 yaşlı futbolçu "Real"da debüt edə bilər

Karlo Ancelotti Odeqaardın sabahkı matçın iştirak ərizəsinə daxil edib. "Real"ın əvəzedicilərdən ibarət komandası - "Kastilya"nın yarımmüdafiəçisi Martin Odeqaard sabah "Almeriya" ilə oynanılacaq görüşdə Madrid klubunun əsas heyətində debüt matçına çıxa bilər. Karlo Ancelotti onun adını sabahkı matçın iştirak ərizəsinə daxil edib.

16 yaşlı futbolçu "Stremqodset"dən "Real"a transfer olunmuşdu. Onun illik məvacibi 2,25 milyon avro təşkil edir. Lakin bu məbləğ 6,8 milyon avroya qədər qaldırıla bilər.

"Real" - "Almeriya" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə