Tennisçilərimiz çempionata qələbə ilə başlayıb

Tennisçilərimiz çempionata qələbə ilə başlayıb

Çinin Suçjou vilayətində stolüstü tennis üzrə 53–cü dünya çempionatı keçirilir. Beş idmançımızın mübarizə apardığı çempionatda komandamızın hesabına artıq bir neçə qələbə yazılıb. Ramil Cəfərov şəxsi yarışlarda islandiyalı tennisçi David Conssonu, Rüfət Quliyeva isə keniyalı Takkar Seyanı 4:0 hesabı ilə məğlub ediblər. Ramil Cəfərov və Məryəm İmanova cütlüyü perulu Juan Luperdi və Valeri Kuba cütlüyünə 3:1 hesabı ilə qalib gəlib.

Dünya çempionatı ərəfəsində keçirilmiş konqresdə Beynəlxalq Stolüstü Tennis Federasiyası (ITTF) 222 milli assosiasiyanı özündə birləşdirərək ən böyük federasiya olub.

Bütün xəbərlər Facebook səhifəmizdə