"Bakı-2015" I Avropa Oyunlarında mübarizəyə qoşulmaq üçün son hazırlıqlara başlamış, Olimpiya oyunlarının gümüş mükafatçısı və dünya çempionu danimarkalı avarçəkən Rene Holten Poulsen onu yarışlara ruhlandıran amillərdən bəhs edib.
Rene Holten Poulsen Pekin 2008 Yay Olimpiya Oyunlarının gümüş və elə həmin il Avropa çempionatının qızıl medallarına sahib çıxaraq məşhurlaşarkən, 19 yaşında olubi. O, 2014-cü ildə, biri qızıl olmaqla, dünya çempionatının 3 medalını qazanıb, Avropa çempionatında isə ötən illər ərzində ümumulikdə 12 dəfə fəxri kürsüyə yüksəlib.
SİA-nın məlumatına görə, peşəkar idmançı Rene Holten Pulsen uğurlu nəticə üçün yarışlara hazırlıqlı olmağın önəmliliyindən danışıb: "Qələbə qazanmaq, yaxşıların yaxşısı olmaq üçün 100 deyil, 101 faiz hazır olmaq lazımdır. Yaranan bu əlavə imkan məni mübarizəyə ruhlandıran əsas amildir.
İyunun 14-də, "Bakı 2015"in avarçəkmə yarışları başlayanda, yeganə məqsədim qələbə olacaq. Bu yarış Avropa tarixinin ilk Oyunları olacaq və onun çempionu olmaq üçün bütün səylərimi səfərbər edəcəyəm. Ümumiyyətlə, təbiətim belədir: daim mükəmməlliyə can atmağa çalışıram".
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunlarında avarçəkmə üzrə yarışlar iyunun 14-dən başlayaraq, 3 gün ərzində Mingəçevirdə keçiriləcək. Avropanın müxtəlif ölkələrində 350 idmançı 15 medal uğrunda avarçəkmə yarışlarında mübarizə aparacaq.
Yarışlara biletləri, "Park Bulvar", "28 Mall" və "Metro Park" alış-veriş mərkəzləri də daxil olmaqla, Bakının 11 əlverişli nöqtəsində yerləşdirilmiş bilet satış məntəqələrindən və ya www.baku2015.com/tickets saytından onlayn almaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB