Rəfiqə Şabanova: "Bakı-2015"in ilk məşəlçisi olmaq həyatımın ən unudulmaz anıdır"
Naxçıvan Muxtar Respublikasında "Bakı-2015" I Avropa Oyunlarının Məşəl estafeti və Alov festivalında iştirak edən Olimpiya çempionu Rəfiqə Şabanova jurnalistələrə açıqlama verib. SİA-nın məlumatına görə, o, tarixdə ilk dəfə keçiriləcək və Azərbaycanda təşkil olunacaq I Avropa Oyunlarının ilk məşəlçisi olduğuna görə çox sevindiyini qeyd edib:"Avropa qitəsinin ilk Oyunlarının ölkəmizdə keçirilməsi məni hədsiz qürurlandırır. Sevincimin həddi-hüdudu yoxdur. I Avropa Oyunlarının ilk məşəlçisi olmaq həyatımın ən unudulmaz anıdır. Açığı, bu şərəfə layiq görüləcəyimi gözləmirdim. Bu xoşbəxtliyi mənə bəxş edənlərə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, idmançılarımız da "Bakı-2015"də sözlərini deyəcək və xalqımızı, artıq adət etdiyimiz kimi, qələbələrlə sevindirəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB