Danimarkanın çimərlik voleybolçuları müəyyənləşib

Danimarkanın çimərlik voleybolçuları müəyyənləşib

Danimarkanın qadın idmançıları da "Bakı-2015" I Avropa Oyunlarında birincilik uğrunda yarışacaqlar. SİA-nın məlumatına görə, bu ölkə ilk Avropa Oyunlarına Trans Hansen - Helle Sondergard cütlüyünü yollayacaq.

Danimarka Voleybol Federasiyasının çimərlik voleybolu elitasının direktoru Lars Meylənd bildirib ki, Layn və Helli ölkə çempionatında, beynəlxalq və qitə kuboku yarışlarında sabit nəticələr göstərirlər: "Mən onların Avropa Oyunları kimi nəhəng turnirdə çıxışlarını səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Danimarka "Bakı-2015" ilk Avropa Oyunlarında çimərlik voleybolu üzrə kişilərin mübarizəsində Kildeqaard Andersen və Kristoffer Abell cütlüyü ilə təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə