Gənc yunan-Roma güləşçiləri Batumidə yarışacaq

Gənc yunan-Roma güləşçiləri Batumidə yarışacaq

Mayın 2-3-də Gürcüstan Respublikasının Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynovun rəhbərliyi altında turnirdə 8 güləşçimiz qüvvəsini sınayacaq. Heyətdə Namiq İmanlı (50 kq), Təbriz Yusifzadə (55 kq), Mikayıl Rəhmanov (60 kq), Namaz Rüstəmov (66 kq), Mehrac Kərimov (74 kq), Seyidməhəmməd Ömərov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) yer alıb.

Turnirin ilk günündə 50, 60, 74 və 96 kq, ikinci günündə isə 55, 66, 84 və 120 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Ceyhun Salmanov təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə