Qazaxlı idmançı növbəti dəfə qitə birincisi oldu

Qazaxlı idmançı növbəti dəfə qitə birincisi oldu

Qazax şəhər sakini İsrafil Məmmədov növbəti dəfə Avropa çempionu olub. Gürcüstanın paytaxtı Tbilisi şəhərində 38 ölkənin iştirak etdiyi Avropa çempionatında 140 kq çəki dərəcəsində, 320 kq ağırlıq qaldıraraq qızıl medala layiq görülüb.

Qeyd edək ki, ağır atletika üzrə 38 dəfə Azərbaycan, 4 dəfə dünya və 3 dəfə Avropa çempionu olan İsrafil Məmmədov bir ay ərzində yenidən iki uğur qazanıb.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə