"2 gündür ki, biz Azərbaycandayıq. Biz turnirdə də burada iştirak edəcəyik. Mənim üçün bu səpkili yerlərdə yerləşmək, yaşamaq tamamilə yeni bir təcrübədir". Bu sözləri SİA-ya açıqlamasında Serbiyalı basketbolçu Marko Slaviç deyib. O qeyd edib ki, birinci dəfədir Bakıda idman şəhərciyindədir. I Avropa Oyunları üçün qurulmuş idman mərkəzləri və stadion ecazkardır: "Birinci dəfədir ki, idmançılar şəhərciyinə gəlmişəm və burada məskunlaşmışam. Amma bizim üçün təşkil edilmiş şəraitə gəldikdə isə, bura çox gözəldir. Oyunun keçiriləcəyi meydançaya baxdıq, ordakı şərait ecazkardır. Stadiona da baxdıq, yeni qurulmuş stadion həqiqətən də füsunkardır. İnfrastrukturun vahid sistemdə qurulduğunu müşahidə etmişik. Bu səpkidə təəssüratlarımı soruşsanız, bunu tək kəlimə ilə ifadə etsəm deyərdim ki, hər şey çox gözəl hazırlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB