Duşan Bulud: “Bu oyun Bakı 2015-də maraqla qarşılanacaq” AÇIQLAMA

Duşan Bulud: “Bu oyun Bakı 2015-də maraqla qarşılanacaq” AÇIQLAMA

"3 nəfərlik basketbol oyunu həqiqətən yenilik sayıla bilər". Bu sözləri SİA-ya açıqlamasında Bakıda keçirilən "3X3 basketbol" üzrə beynəlxalq turnirin qalibi olan Serbiya komandasının oyunçusu Duşan Bulud deyib. O, Bakı 2015 I Avropa Oyunlarına vəsiqə qazanmaq üçün keçdikləri yoldan danışıb, 3X3 basketbol oyunlarının yenilik olmadığını vurğulayıb: "2010-cu ildə ilk dəfə olaraq rəsmən 3 nəfərlik basketbol oyununa başlanıldı. 2012- 2014-cü illərdə Serbiya artıq bu oyunda öz sözünü deyə bildi. Artıq gördüyünüz kimi, komandamız 2 dəfə dünya çempionu oldu. 2014-cü ildə dünya çempionu olduqdan sonra biz artıq Bakıda keçiriləcək I Avropa Oyunlarına vəsiqə qazandıq. Bakı 2015 Avropa Oyunlarının ilk oyunu olduğu üçün 3 nəfərlik basketbol oyununa yenilik demək olmaz. Çünki elə I Avropa Oyunları ilk dəfədir ki, keçirilir".

Duşan Bulud 3X3 basketbol oyunlarının I Avropa Oyunlarına maraq qatacağını ifadə edib: "Hesab edirəm ki, I Avropa Oyunları 3 nəfərlik basketbol oyununun inkişafına təkan verəcək. Bu oyun həm də Bakı 2015-də maraqla qarşılanacaq. Çünki cəld oyun olmaqla yanaşı, hərəkətlərin intensivliyi də tamaşaçılar üçün çox maraqlı olacaq. 3 nəfərlik basketbol oyunları haqqında onu da əlavə etmək istəyirəm ki, bu heyətdə oyunlar basketbolun ilk yarandığı tarixdə də mövcud olub, lakin daha sonralar hazırki formasını alıb".

Bütün xəbərlər Facebook səhifəmizdə