Basketbol üzrə qaliblərin təqdimat mərasimi keçirilib

Basketbol üzrə qaliblərin təqdimat mərasimi keçirilib

Bu gün "Bakı 2015" I Avropa Oyunlarına hazırlıq çərçivəsində basketbol üzrə 6 ölkənin iştirak etdiyi yoldaşlıq görüşünün qaliblərinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, dünən başa çatan basketbol üzrə yoldaşlıq görüşünün qalibi Serbiya komandası olub.

Xatırladaq ki, başqa oyunlardan fərqli olaraq hər komanda 3 nəfərdən ibarət olub. Atletlər kəndində baş tutan təqdimetmə mərasimində media nümayəndələri də iştirak edir. Serbiya komandası ilə basketbolçular arasında yoldaşlıq oyunu keçirilir. Jurnalistlərə açıqlama verən Basketbolçular və Serbiya komandası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycana öz təşəkkürlərini bildiriblər.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə