Paytaxtımızdakı Atəşgah məbədində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən alovlandırılan "Bakı-2015" I Avropa Oyunlarının məşəli bu gün səhər Naxçıvan Muxtar Respublikasına gətirilib. SİA-nın məlumatına görə, məşəli təyyarə ilə Naxçıvana gətirən olimpiya çempionu Rəfiqə Şabanova ilə birlikdə Muxtar Respublikaya "Bakı-2015"in rəsmiləri, xarici və yerli jurnalistlər də gəliblər. Qonaqlar burada "Duzdağ" duz mədənində və "Əshabi-Kəhf" ziyarətgahında olacaqlar.
Axşam saat 20:00-da isə Naxçıvandakı Koroğlu heykəlinin qarşısından Məşəl estafeti başlayacaq və Heydər Əliyev prospekti ilə davam edəcək. Məşəl estafetinə Muxtar Respublikanın idmançıları da qoşulacaqlar. Saat 20:45-də Heydər Əliyev meydanında Alov festivalı keçiriləcək.
Xatırladaq ki, "Bakı-2015" I Avropa Oyunlarının məşəli 48 gün ərzində Azərbaycanın 60 regionunu gəzdiriləcək. Məşəl Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB