Bu gün ikinci Vüqar Həşimov Memorialının sonuncudan əvvəlki, səkkizinci turu başa çatıb. Səkkizinci turda turnirin autsayderi ingilis Maykl Adams holland Aniş Giriyə, keçmiş dünya çempionu Vladimir Kramnik Fransa qrossmeysteri Maksim Vaşye-Laqrava, Hindistan şahmatçısı Vişvanatan Anand Azərbaycan nümayəndəsi Şəhriyar Məmmədyarova qalib gəliblər. Uesli So- Maqnus Karlsen, Rauf Məmmədov - Fabiano Karuana partiyaları heç-heçə başa çatıb.
8-ci turdan sonra iştirakçıların vəziyyəti belədir: Karlsen- 6, Anand – 5,5, Karuana, So – hərəsi 4,5, Kramnik, Məmmədov, Məmmədyarov – hərəsi 3,5, Adams, Vaşye-Laqrav, Giri – hərəsi 3 xal.
Sabah doqquzuncu, yekun turdur.
Aşağıdakı cütlüklər qarşılaşacaq: Maqnus Karlsen - Rauf Məmmədov, Fabiano Karuana - Vişvanatan Anand, Maksim Vaşye-Laqrav - Uesli So, Şəhriyar Məmmədyarov - Maykl Adams, Aniş Giri - Vladimir Kramnik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB