İsveçrə "Bakı-2015" I Avropa Oyunlarında iştirak edəcək idmançılarından 30-nun adını açıqlayıb. SİA-nın məlumatına görə, bu ölkənin komandasına taekvondo üzrə Avropa çempionu Nina Klay və Olimpiya Oyunlarının iştirakçısı cüdoçu Juliane Robra başçılıq edəcək. İsveçrə Olimpiya Komitəsindən "Bakı-2015" I Avropa Oyunlarında idmançılarının 9 növ üzrə yarışacağını bildirblər.
N. Klay 67 kq çəki dərəcəsində Avropa çempionu olduğu üçün İsveçrənin taekvondo üzrə qızıl medal qazanmaq şansı yüksəkdir. O, həm də 2006-cı il Avropa çempionatında gümüş medal, 2013-cü il dünya çempionatında isə bürünc medal qazanıb.
Bundan əlavə, 57 kq çəkidə taekvondo üzrə yarışan Manuela Bezzola 2010-cu il Avropa çempionatında bürünc medala, 2009-cu ildə keçirilmiş Universiadada qızıl medala layiq görülüb.
70 kq çəkidə cüdo üzrə mübarizə aparacaq Juliane Robra Avropa çempionatının ikiqat bürünc medalçısı, London Olimpiya Oyunlarının iştirakçısıdır. Ludovic Chammartin 60 kq çəkidə sabiq Olimpiya çempionudur.
İsveçrənin karate üzrə yeganə iştirakçısı 2012 və 2013-cü illərdə yeniyetmələr arasında Avropa çempionu olmuş, 68 kq çəki dərəcəsində yarışacaq Elena Quirici olacaq.
Rachel Moret İsveçrənin üçqat stolüstü tennis çempionudur və dünya çempionatlarında 4 dəfə iştirak edib.
İsveçrə Olimpiya Komitəsinin rəsmiləri növbəti günlərdə digər növlərindən "Bakı 2015"də iştirak edəcək idmançılarn da adlarını açıqlayacaqlar.
Adları açıqlanmış idmançıların siyahısı:
Badminton: Nicole Ankli (qadınlar arasında təkbətək), Mathias Bonny (kişilər arasında təkbətək), Celine Burkart (qarışıq cütlük), Oliver Schaller (qarışıq cütlük)
Qadınlar arasında boks: Sandra Brügger (60 kq), Anais Kistler (64 kq)
Kişilər arasında boks: Uke Smajli (81 kq)
Avarçəkmə: Fabio Wyss (K1000, K5000)
Şpaqa növü üzrə qılıncoynatma: Bruce Brunold, Georg Kuhn, Michele Niggeler, Florian Staub
Qadınlar arasında cüdo: Emilie Amaron (-57 kq), Larissa Csatari (-57 kq), Juliane Robra (-70 kq)
Kişilər arasında cüdo: Ludovic Chammartin (60 kq), Ciril Grossklaus (90 kq), Domenic Wenzinger (90 kq), Flavio Orlik (100 kq)
Karate: Elena Quirici (68 kq)
Taekvondo: Manuela Bezzola (57 kq), Nina Klay (67kq)
Stolüstü tennis: Rachel Moret
Qadınlar arasında güləş: Nadine Tokar (55 kq)
Kişilər arasında güləş: Damian Dietsche (Yunan-Roma, 75 kq), Jonas Bossert (Yunan-Roma, 80 kq), Steven Graf (sərbəst güləş, 65 kq), Stefan Reichmuth (sərbəst güləş, 74 kq), Marco Riesen (sərbəst güləş, 86 kq), Philipp Hutter (sərbəst güləş, 97kg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB