Pepe "Monako" ilə razılığa gəldi

Pepe "Monako" ilə razılığa gəldi

"Yuventus" klubunun yarımmüdafiəçisi Simone Pepe karyerasını Fransada davam etdirə bilər. 31 yaşlı italiyalı futbolçunu monakolular Çempionlar Liqasının 1/4 final mərhələsində "Yuventus"la oyununda bəyəniblər.

Fransa təmsilçisindən gələn dəvətə müsbət baxan Pepeni turinlilər mövsümün sonunda satmağa hazırlaşır. Cari mövsüm "Yuventus"un heyətində 11 oyun keçirən futbolçu ehtiyatda qaldığından klubunu dəyişmək qərarına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə