Vüqar Fəridzadə: “Biz belə oyunların Azərbaycanda keçirilməsinə qadirik” AÇIQLAMA

Vüqar Fəridzadə: “Biz belə oyunların Azərbaycanda keçirilməsinə qadirik” AÇIQLAMA

"Bizim iyun ayında I Avropa Oyunlarının başlaması dünya dövlətləri arasında Azərbaycanın nəyə qadir olduğunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında Kyokuşin Karate Federasiyasının vitse-prezidenti Vüqar Fəridzadə deyib.

Onun sözlərinə görə, Milli Olimpiya Hərəkatı Ümumilli lider Heydər Əliyev tərəfindən təsis edilib və cənab Prezident tərəfindən uğurla inkişaf etdirilir: "Bizim olimpiya növünə nəzər salsaq, Milli Olimpiya Hərəkatı 1997-ci ildə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu missiyanı da cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Avropa və dünya çempionatlarında, olimpiya çempionatlarında bizim idmançılarımız yetişdirilib. Həmin yarışlarda olduğu kimi, məhz I Avropa Oyunlarında da idmançılarımız dünya dövlətləri arasında bayrağımızı qaldıracaq və ölkəmizi yüksək səviyyədə təmsil edəcəklər. Onu demək istəyirəm ki, Azərbaycan idmaçıları istər Qafqaz, istər Asiya, istərsə də Avropa və dünya çempionatlarında hər zaman öz sözünü deyiblər. Necə ki, bizdən öncəki idmançılarımız o zaman SSRİ çempionatlarında, sonra isə Olimpiya çempionatlarında ölkəmizi fəxrlə təmsil ediblər, dünya idmançıları içərisində sözlərini deyə biliblər, bundan sonra da həmin dəst-xətt davam etdiriləcək. Çünkü onlar dönməz, məğlubedilməz, qürurlu olublar. Bizim hazırda keçirəcəyimiz Avropa Oyunları onu deməyə imkan verir ki, məhz biz də belə oyunların Azərbaycanda keçirilməsinə qadirik".

Vüqar Fəridzadə onu da qeyd edib ki, Azərbaycan sahəsinə görə kiçik olmasına baxmayaraq I Avropa Oyunlarını keçirməyimiz böyük ürək sahibi olduğumuzu göstərir: "Dünya dövlətlərinə nəzər salsaq Azərbaycan ərazisinə görə 111-ci yerdədir. Ölkəmizin ərazisinin kiçik olmasına baxmayaraq, böyük ürək sahibliyidir. Bununla bağlı cənab Prezidentimiz öz siyasi iradəsini ortaya qoyub. Bu gün bütün mətbuat işçilərinə uğurlar diləyirəm, bizim uğurlarımız çox olsun və mediamız da bu uğurları işıqlandırsın. I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan xalqını təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə