Böyük Britaniyadan "Bakı 2015"ə 153 idmançı gələcək

Böyük Britaniyadan "Bakı 2015"ə 153 idmançı gələcək

"Bakı-2015" I Avropa Oyunlarında Böyük Britaniyanın 153 idmançısı mübarizə aparacaq. SİA-nın məlumatına görə, bu ölkəni "Bakı-2015"də təmsil edəcək komandaya Olimpiya çempionları Nikola Adams, Ceyd Cons və Ed Makkiver rəhbərlik edəcək. Britaniya idmançıları 19 idman növündə yarışacaq. Bu idman növlərindən 10-u Rio 2016 Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından böyük önəm daşıyır. Komandanın rəhbəri Mark İnqlend I Avropa Oyunlarını idmançıları üçün böyük şans kimi dəyərləndirib: "Bu, çox böyük fürsətdir. İdmançılarımızın əksəriyyəti özlərini Avropanın ən güclülərinə qarşı yarışmaqla sınayacaqlar. Onlar çöxnövlü idman yarışlarında əhəmiyyətli təcrübə qazanacaqlar və eyni zamanda Rio 2016-ya gedən yollarını inşa edəcəklər".

Qeyd edək ki, bu idmançıların əksəriyyəti ilk dəfədir belə böyük çoxnövlü idman yarışlarında iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə