Futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, püşkatmanın nəticəsinə əsasən, yarımfinalda "Barselona" "Bavariya", "Yuventus" "Real Madrid"lə qarşılaşacaq.
Mərhələnin ilk oyunları mayın 5-6-da, cavab qarşılaşmaları isə 12-13-də keçiriləcək.
Final matçı isə iyunun 6-da Berlindəki Olimpiya stadionunda baş tutacaq. "Yuventus" - "Real" oyununun qalibi final qarşılaşmasının nominal ev sahibi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB