Avropa Liqasında yarımfinal mərhələsinin püşkatması keçirilib. SİA-nın məlumatına görə, püşkatmanın nəticələrinə əsasən, yarımfinalda "Dnepr" (Ukrayna) "Napoli" (İtaliya) ilə, "Sevilya" (İspaniya) "Fiorentina" (İtaliya) ilə qarşılaşacaq.
Nəzərinizə çatdıraq ki, yarımfinal mərhələsinin ilk oyunları mayın 7-də, cavab qarşılaşmaları isə 14-də keçiriləcək. "Napoli" - "Dnepr" oyunun qalibi Polşada keçiriləcək final matçında nominal ev sahibi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB