Vladimir Kramnik üzrxahlıq etdi

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində iştirak edən sabiq dünya çempionu Vladimir Kramnik hakimlərə yaxınlaşaraq üzrxahlıq edib. SİA-nın məlumatına görə, rusiyalı şahmatçı V turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiyinə görə təəssüfləndiyini bildirib. Kramnik həmin gün 7 saata yaxın mübarizə apardığına görə yorulduğunu deyib. O, turnirin son turlarında mətbuat konfransında iştirak edəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə