Şahmatçılar Şəmkirdə futbol oynadılar FOTOSESSİYA

Şahmatçılar Şəmkirdə futbol oynadılar FOTOSESSİYA

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirsinə həsr olunan "ShamkirChess 2015" turnirinin iştirakçıları istirahət günündə futbol turnirində güclərini sınayıblar. SİA-nın məlumatına görə, ilk yarımfinal görüşündə Azərbaycan jurnalistləri yerli şahmatçılardan ibarət komandanı 5:1 hesabı ilə məğlub ediblər. Finala vəsiqə uğrunda digər görüşdə dünya şahmatçılarından ibarət kollektiv "Shamkir Kapital Group"a 1:7 hesabı ilə məğlub olub.
III yer uğrunda görüşdə dünya şahmatçıları 3:1 hesablı qələbə qazanıblar. Azərbaycan şahmatçıları isə futbol turnirində 4-cü yeri tutublar. Finalda "Shamkir Kapital Group" Azərbaycan jurnalistlərinə 4:2 hesabı ilə qalib gələrək turnirin əsas mükafatına sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə