"Bakı-2015" I Avropa Oyunları və dizayn üzrə tərəfdaşı "SomeOne" şirkəti Londonda keçirilən mötəbər 2015 Transform Avropa Mükafatının vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə birincilik qazanıb. SİA-nın məlumatına görə, bu gün bununla bağlı "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş ofisində tədbir keçirilib. Tədbirdə gənclər və idman naziri, BAOƏK-in Baş icraçı direktoru Azad Rəhimov, BAOƏK-in Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq və "Bakı-2015" I Avropa Oyunlarının brend üzrə direktoru Dan Tomlinson iştirak edib. Mükafat gənclər və idman naziri, BAOƏK-in Baş icraçı direktoru Azad Rəhimova təqdim olunub.
A. Rəhimov "Bakı-2015" I Avropa Oyunlarına 50 gün qalmış belə prestijli mükafata layiq görülməyin böyük hədiyyə olduğunu qeyd edib. O, "Bakı-2015" I Avropa Oyunlarının dünyanın ən mötəbər yarışına çevrilməyini arzulayıb".
"Bakı-2015"in brend üzrə direktoru Dan Tomlinson bildirib ki, Transform Avropa Mükafatı ən yaxşı dizaynlara və bu sahədə yenilik edən layihələrə verilir. O vurğulayıb ki, "Bakı 2015"in brend üzrə komandası, medallardan uniformalara qədər bütün əşyalarda istifadə olunmaq, bütün formalarda və ölçülərdə brendləşdirmə məqsədilə əlverişli görünüş yarada bilmək üçün səylərini səfərbər edib.
Qeyd edək ki, Transform mükafatları müəyyən nominasiyalar üzrə yaradıcı, strateji və kommunikasiya prosesi zamanı irəli sürülən ən uğurlu ideyaları qiymətləndirərək, bütün Avropada brendləşdirmə sahəsində əldə olunmuş ən yaxşı nəticələrə verilir.
Azərbaycanın təbii gözəlliyindən ilhamlanan rəngarəng və valehedici "Bakı-2015" brendinin mərkəzində Azərbaycan folklorunda birliyin təcəssümü olan nar ağacı yer alır. Ağacın müxtəlif idman növlərinin göz oxşayan piktoqramlarla işlənən hissələri ölkənin irsinin və mədəniyyətinin tarixi simvollarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB