Ciddi maliyyə problemləri yaşayan "Parma" futbol klubu satışa çıxarılıb. Klubun aktivləri 20 milyon avroya satılır. Gələcək sahibin üzərinə borclar da yüklənəcək. Bu isə 74 milyon avroya bərabərdir.
Klubun futbolçuları və işçiləri mövsüm ərzində maaş almayıblar. Bütün əmlakı məhkəmə tərəfindən müsadirə edilən "Parma"nı almaq üçün müraciət edən namizədlərin ərizəsi mayın 6-dək tamamlanacaq.
Əgər həmin müddətə qədər alıcı tapılmasa satış qiyməti 15 milyon avroya endiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB