Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirinin 5-ci turunda sabiq dünya çempionu Vladimir Kramnik azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarova məğlub olub. Ş. Məmmədyarov ağ fiqurlarla inamlı qələbə qazanıb. Görüş 6 saat 35 dəqiqə davam edib.
Vladimir Kramnik məğlubiyyətdən sonra mətbuat konfransına gəlməyib. Rusiyalı dünya çempionu Şəmkirdə Heydər Əliyev Mərkəzindən birbaşa otelə yollanıb. Mətbuat konfransında yalnız Şəhriyar Məmmədyarov iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB