"Qarabağ”ın rəqibi “Neftçi” olacaq

"Qarabağ”ın rəqibi “Neftçi” olacaq

Futbol üzrə Azərbaycan kuboku yarışlarının ikinci finalçısı da müəyyənləşib. Bu gün turnirin yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "İnter Arena" stadionunda "Neftçi" komandası "İnter"lə görüşüb.

Elvin Əsgərovin idarə etdiyi oyun "İnter"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda flaqmanın heyətində Nikolas Kanales, "İnter"in heyətində isə Arif Daşdəmirov və Baçana Sxadadze fərqləniblər.

Komandalar arasında keçirilən ilk oyun "Neftçi"nin 2:0 üstünlüyü ilə başa çatmışdı. İki oyunun nəticəsinə görə "Neftçi" Azərbaycan kuboku yarışlarının finalına yüksəlib.

Qızıl medal uğrunda görüşdə "Neftçi"nin rəqibi "Qarabağ" klubu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə