Tarixində ilk dəfə ölkə kubokunun 1/2 final mərhələsinə vəsiqə qazanan "Simurq", bu gün həlledici oynuna çıxır. İlk qarşılaşmada "Qarabağ"a 1:0 hesabı ilə səfərdə məğlub olan komanda məşqləri tamamlayıb. Son məşqdə bütün futbolçular iştirak edib. Ancaq Zaqatala təmsilçisi son çempionla görüşə ciddi itki ilə çıxacaq. Komandanın kapitanı İlkin Qırtımov sarı vərəqə limitinə görə bu matçda forma geyinə bilməyəcək.
Qeyd edək ki, saat 18:00-da start götürəcək "Simurq" - "Qarabağ" matçı "Simurq" TV vasitəsilə canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB