Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirinin IV turunda Rauf Məmmədov əslən Filippindən olan ABŞ təmsilçisi Uesli Soya uduzub. SİA-nın məlumatına görə, partiyadan sonra keçirilən mətbuat konfransında So azərbaycanlı şahmatçının səhvə yol verdiyini bildirib: "Rauf səhvə yol verdi. 22-ci gedişdə etdiyi səhvdən istifadə etməyə bilməzdim. Ondan sonra hücuma keçdim və lazımi nəticəni qazandım. Raufun səhvi qələbə qazanmağa kömək oldu. İstənilən nəticədən sonra üzərində işləmək vacibdir. Məğlubiyyətdən sonra həvəsdən düşmək olmaz.
Düzünü desəm, 4 turdan sonra lider olacağımı gözləmirdim. Lider olmağım sürprizdir. Yarışda Maqnus Karlsen, Vladimir Kramnik və Vişvanatan Anand kimi dünya çempionları iştirak edir. Onların mübarizə apardığı turnirdə lider olmaq çox sevindiricidir. Fikrimcə, hələlik turnirin qalibi olmaq barədə düşünmək olmaz. Çox istərdim ki, bu gün sonuncu tur olsun və mən qələbəni qeyd edim. Amma qarşıda 5 tur var. Çətin oyunlar qarşıdadır".
Azərbaycanlı şahmatçı Rauf Məmmədov isə məğlubiyyət haqda qısa danışıb: "Məğlubiyyət haqda danışmaq çətindir. Partiyanı gördünüz. Pis oynadım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB