Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində IV turun oyunları başa çatıb. SİA-nın məlumatına görə, "Synergy Group"un təşkilatçılığı ilə keçirilən yarışın hesabat turunda Şəhriyar Məmmədyarov Hollandiya təmsilçisi Aniş Giri ilə heç-heçə oynayıb. Partiyadan sonra hər iki şahmatçı mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Şəhriyar Məmmədyarov: "Maraqlı oyun alındı. Tomaşevskiylə oynadığım partiyaya oxşayırdı. İstəyirdim uğur qazanım. Sadəcə oyunun gedişində aşkar üstünlük hiss olunmadı. Buna görə heç-heçəyə razılaşdım. 4 turdan sonra müəyyən fikir söyləmək olar. Karlsenə məğlubiyyəti nəzərə almasaq, nəticə normaldır. Sadəcə daha yaxşı oynamaq lazımdır. Növbəti 5 turda xal qazanmalıyam".
Aniş Giri: "Şəmkirdə bir sıra maraqlı oyunların şahidi oluruq. Sadəcə keyfiyyət baxımından oyunum bəzən alınmır. Məmmədyarov təzyiqi artırmaq istəyirdi. Buna imkan vermədim. Heç-heçə oyuna uyğun nəticə oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB