Dünyanın bir nömrəli sprinteri Useyn Bolt Rio de Janeyroda 100 metr məsafəni 10.12 saniyəyə qaçaraq birinci olub. Yamaykalı atlet rəqiblərini qabaqlasa da, dünya rekordunun gerisində qalıb. Çıxışından narazı qalan məşhur idmançı bunları deyib:
"Yarışı olduqca pis keçirdim. Məşqçimin də bundan məmnun qalmayacağına əminəm. Yenə də qazanmaq gözəldi. Ən yaxşı göstəriciyə nail olmaq üçün çalışacağam".
Bolt daha öncə 100 metr məsafəni 9.58 saniyəyə qət edərək yeni dünya rekordu müəyyənləşdirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB