Joze Mourinyonun hədəfi: Məsut Özil

Joze Mourinyonun hədəfi: Məsut Özil

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil karyerasını "Çelsi"də davam etdirə bilər. Qışda "Fiorentina"dan Xuan Kuadradonu transfer edən, ancaq kolumbiyalı futbolçudan istifadə edə bilməyən "zadəganlar" orta xətti Almaniya millisinin üzvü ilə gücləndirmək fikrinə düşüb. Bu haqda ingilis mətbu orqanları xəbər yayıblar.

Xüsusilə də Joze Mourinyonun bu transferi istədiyi bildirilir.

Cari mövsümdə Premyer Liqada 15 matçda meydana çıxan Özil 4 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə