"Baku Cristal Hall"da keçirilən boks üzrə "Böyük İpək yolu" beynəlxalq turniri başa çatıb. SİA-nın məlumatına görə, I Avropa Oyunlarına test xarakteri daşıyan yarışda Azərbaycan milli komandasının 7 qızıl medal qazanıb.
56 kq çəki dərəcəsində turnirin kəşflərindən olan Tayfur Əliyev finalda fransalı Samuel Kistohurrini üstələyib - 2:1.
Lorenzo Sotomayor da (64 kq) komanda yoldaşının uğurunu davam etdirib. Boksçumuz həlledici görüşdə Fransa təmsilçisi Hassan Amzileyə heç bir şans verməyib - 3:0.
Millimizin digər üzvü Xaybula Musalovun (75 kq) zərbələri qarşısında Yerik Aljanov (Qazaxıstan) davam gətirə bilməyib. Boksçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yığma komandamızın liderlərindən Teymur Məmmədov da yarışı 1-ci yerdə başa vurub. O, finalda Türkiyə boksçusu Seyda Keseri bütün komponentlərdə qabaqlayıb.
52 kq çəki dərəcəsində Elvin Məmişzadə (Azərbaycan) Azamat Issakulovdan (Kazaxıstan) üstün olub və qızıl medal qazanıb.
60 kq-da isə Elvin İsayev finalda qazaxıstanlı Nurbol Kaljanovu məğlub edib (3:0).
Tamerlan Abdullayevin (69 kq) Önder Sipal ilə (Türkiyə) görüşü isə keçirilməyib. Türkiyəli idmançı zədələndiyi üçün görüşə çıxmaqdan imtina edib. T.Abdullayev isə qızıl medal qazanıb.
Qalib və mükafatçılar Azərbaycan Boks Federasiyası tərəfindən medal və fəxri diplomlarla təltif olunublar.
Qeyd edək ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Böyük Britaniya, Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları mübarizə aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB