Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" superturnirinin 2-ci turunda azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenə uduzub. SİA-nın məlumatına görə, norveçli şahmatçı qələbə haqda bunları deyib: "Bu gün oyunum yaxşı oldu. Rəqibə istədiyi gedişləri vermədim. Debütdən üstünlük qazandım və onu sona qədər qorudum. Nəticədə ilk qələbəmi qazandım. Bu nəticə mənim üçün vacib idi".
Şəhriyar Məmmədyarov da Maqnus Karlsenin debütdən üstünlük qazandığını qeyd edib: "Dünya çempionuna qarşı oynamaq hər zaman çətindir. Hər-hansı psixoloji təzyiqdən söhbət gedə bilməz. Sadəcə bu gün Maqnus istədiyim gedişləri etmədi. Həmin gedişlər olsaydı partiya fərqli istiqamətdə gedəcəkdi. O, tam başqa cür oynadı. Şahmatda uduzmaq olar, amma belə uduzmaq yaxşı deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB