"Bakı-2015" “Rio-2016”ya təcrübə toplamaq baxımından böyük əhəmiyyət kəsb edir"

"Bakı-2015" “Rio-2016”ya təcrübə toplamaq baxımından böyük əhəmiyyət kəsb edir"

Finlandiyalı məşhur çimərlik voleybolçusu Riikka Lehtonen əmindir ki, Avropa Oyunları onun üçün "Rio-2016"ya vəsiqə qazanmaq yolunda dönüş nöqtəsi olacaq. SİA-nın məlumatına görə, CEV Çempionları Liqası yarışlarında Fransanın "Cannes" klubu ilə görüşdə iki dəfə qalib gələn finlandiyalı oyunçu komanda yoldaşı Taru Lahti ilə birlikdə "Bakı-2015"də iştirak etməyə vəsiqə qazanıb. I Avropa Oyunlarında çimərlik voleybolu yarışlarında Finlandiyanın iki qadın komandası yarışacaq. Digər komandanı Emiliya və Erika Nyström bacıları təmsil edəcəklər.

"Bakı-2015" başlayanda 35 yaşlı R.Lehtonen müəyyən mənada özünü evində hiss edəcək. Çünki bu voleybolçu 2013-cü ildən etibarən Bakının "Azərreyl" klubunda oynayır.

O deyib ki, 2006-cı ildə İtaliyanın "Berqamo" klubu ilə Çempionlar Liqası yarışları çərçivəsində ilk dəfə Azərbaycanın paytaxtına səfərindən sonra şəhər çox dəyişilib: "Bakı indi çox inkişaf edib. Şəhər valehedici Dubayı xatırladır". R.Lehtonen əmindir ki, çimərlik voleybolu "Rio-2016" Yay Olimpiya Oyunlarının proqramına daxil olduğu üçün "Bakı-2015" çox maraqlı yarış olacaq: "Bakı-2015" I Avropa Oyunları "Rio-2016" Yay Olimpiya Oyunlarına təcrübə toplamaq baxımından böyük əhəmiyyət kəsb edir".

Qeyd edək ki, Beynəlxalq Voleybol Federasiyasının 2015-ci il çimərlik voleybolu mövsümü aprelin 21-də Çində açıq Fuçjou Oyunları ilə başlayır. Həmin yarışlar aprelin 26-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə